|
Bəstəkar Kamal Rüstəm oğlu Əhmədli
Məqsədim yaradıcılığımı təbliğ
etmək və qarşı tərəflə əlaqə yaratmaqdan ibarətdir.
 |
Kamal Rustəm oqlu Əhmədli 1948-c ildə Naxcivan səhərində
anadan olmusdur.Tar ixtisasi uzrə ibtidai musiqi təhsilini Naxcivan səhər usaq musiqi məktəbində,orta
musiqi təhsilini isə Baki səhərində A.Zeynalli adina Musiqi Texnikumunda almisdir.Texnikumda oxuduğu
illerdə polifoniya,harmoniya,analiz və s.musiqi elmlərinə yiyələnmiş,dünya musiqisi ilə
tanış olmuşdur.Muğam sənətinin sirlərini muğam bilicisi,ustad Əhməd Bakıxanovdan
öyrənmişdir.Məhz bu illərdə Kamal Rüstəm oğlunda bəstəkarlıq sənətinə
maraq yaranmışdır.Piano üçün yazdığı kiçik pyes və prelüdlər onun ilk yaradıcılıq
məhsuludur.1973-cü ildə A.Zeynallı adına musiqi texnikumunun xalq çalğı şö`bəsinin
tar sinifini bitirmiş,işləmək üçün təyinatını Ordubad musiqi məktəbinə almışdır.K.Rüstəm
oğlu musiqi məktəbində Xalq Çalğı Alətləri Orkestri təşkil etmişdir.
Ordubadda ilk Xalq Çalğı Alətleri Orkestri sayılan bu kollektivin konsertleri dəfələrlə
Naxçıvan televiziyası ile gösterilmiş,bir çox konsert salonlarında nümunəvi çıxışları
olmuşdur.Məhz bu illərdə onun bəstəkarlığa olan marağı dahada artmış,orkestr
üçün bir sıra işləmələr və mahnılar yazmışdır.İki il Ordubadda,bir
il Naxçıvan musiqi məktəbində işlədikdən sonra 1976-cı ildə Ü.Hacıbəyov
adına Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri şö`bəsinə
daxil olur.Lakin bəstəkarlığa olan həvəsi onu 3 il sonra yenidən konservatoriyanin bəstəkarliq
şö`bəsinə imtahan verərək bəstəkarlıq ixtisası üzrə təhsilini davam
etdirməyə sövq etmişdir.Respublikamızın görkəmli bəstəkarı,professor Xəyyam
Mirzəzadənin sinifində bəstəkarlıq sənətinin sirlərini mənimsəyir,eyni
zamanda dünya musiqi korifeylərinin klassik və müasir səpkili əsərlərini öyrənərək,özünün
fərdi yaradıcılıq üslubunu müəyyən etmişdir.Musiqin bir çox yanrlarsnda əsərlər
yazan Kamal Rüstəm oğlu öz dəstixəttini püxtələşdirməyə nail olmuşdur.Təhsil
illərində yazdığı fortetepiano üçün "Prelüd və fuqalar", "Variyasiyalar", tar üçün "Sonata",
simli alətlər ansamblı üçün "Kvartet" və s. əsərlər onun professional yaradıcılığının
ilk dövrünü təşkil edir. Konservatoriyada keçirilən konsertlərdə onun bir sıra əsərlərinin
ifası musiqisevərlərin rəğbətini qazanmışdır. Diplom işi kimi Böyük simfonik
orkestr üçün yazdığı "Cavid" simfonik poeması təhsil illərinin ən mükəmməl və
uğuru əsəri hesab edilə bilər. Bəstəkar bu əsərdə orkestrin tembr xüsusiyyətlərindən,
imkanlarından bacarıqlı istifadə edərək polifonik səpkili əsas mövzunun müxtəlif
kolorit və ritmik dəyişikliyə uğrayan inkişafı vasitəsilə nakam şairimiz
Hüseyn Cavidin keşməkeşli, ağır taleyini göstərməyə çalışır. Müəllif
xalq musiqisinin elementlərindən, muğam intonasiyalarından istifadə edərək əsərin
simfonik dilini zənginləşdirmiş, milli koloritlə avropa musiqi koloritinin sintezini yaratmışdır.
Təsadüfi deyil ki, bu poema 1988-ci ildə Ukrayna Respublikasının Xalq artisti Aleksey Fedoseyeviç Qulyaniskinin
idarəsilə Krım Dövlət Filarmoniyasının simfonik orkestri tərəfindən ifa edilmiş
və orkestrin repertuarına salınmışdır. Əsərin uğurlu ifası və özünəməxsus
maraqlı bəstəkar manerası haqqında "Sovetskiy Krım" qəzetində musiqişünas Sokolik
müsbət resenziya yazmaqla bərabər müəllifi böyük istedada malik musiqiçi adlandırmışdır.
1985-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq üzrə təhsilini
başa vurduqdan sonra K.Əhmədli Naxçıvan şəhərinə gəlmiş, burada yeni yaranmış
Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri orkestrinin bədii rəhbəri və
baş dirijoru vəzifəsində fəaliyyətə başlamışdır. Bu illərdən
başlayaraq o, yaradıcılığını Xalq çalğı alətləri orkestri ilə
bağlamış, orkestr üçün müxtəlif səpkili əsərlər yazmış, transkripsiyalar
və işləmələr etmişdir. Kamal Əhmədli mahnı yaradıcılığında
əsasən naxçıvanlı şairlərin sözlərinə müraciət etmişdir. M.Nəsirlinin
sözlərinə "Qızlar bulağı", H.Valehin sözlərinə "Qoşa çinar", "Yaqub Şirinoğlunun
sözlərinə "Saçlarıma qar da yağdı", "Gözlərinə baxan zaman", E.Maqsudovun sözlərinə
"Zəfər marşı", "Anacan", Rövşən Əhmədin sözlərinə "Bənövşə"
digər şairlərin sözlərinə "Unutdun məni", Kaman səsi", "Bu yolu seçdim", "Keçmə" və
s. mahnılar yazmışdır. "Azadlıq türküsü", Sevdam" mahnılarının sözləri isə
bəstəkarın özünə məxsusdur. Xalq çalğı alətləri orkestrinə dərindən
bələd olan Kamal Əhmədli bir sıra orkestr əsərləri yazmışdır. "Cəngi",
"Süita", "Naxçıvan eskizləri", "Rekviyem" kimi əsərləri öz orijinallığı ilə fərqlənir.
Azərbaycanın azadlığı uğrnda həlak olmuş şəhidlərə həsr olunmuş
"Rekviyem" əsəri xalq çalğı alətləri orkestrinin janr xüsusiyyətlərini aşaraq
simfonikliyi ilə diqqəti cəlb edir. Təsadüfi deyil ki, bu əsər dəfələrlə
"Şəhidlər" simfoniyası adı altında səsləndirilərək Naxçıvan televiziyası
ilə göstərilmişdir. 1985-ci ildən 1997-ci ilədək Naxçıvan Dövlət Filarmoniyasının
Xalq çalğı alətləri orkestrinin yaranmasında və formalaşmasında böyük zəhməti
olan Kamal Əhmədlinin idarəsilə bu orkestr Bakı, Sumqayıt şəhərlərində
dəfələrlə müvəffəqiyyətli konsertlər vermişdir. Bəstəkarın yaradıcılığı
xalq çalğı alətləri orkestri üçün yazdığı əsərlərlə məhdudlaşmır.
O, bir sıra vokal, instrumental və simfonik əsərlərə müraciət etmiş, qarışıq
xor üçün "Fuqa", aşıq mahnıları mövzusu əsasında "Kapellalar", böyük simfonik orkestr və
fortepiano üçün "Konsert", kamera orkestri üçün "Simfoniya" və s.əsərlər yazmışdır. Bəstəkarın
kamera orkestri üçün yazdığı 3 hissəli "Simfoniya" Türkiyənin istedadlı dirijoru Saim Akcılın
rəhbərlik etdiyi İstanbul-Borusan Oda Orkestri tərəfindən səslənmiş və orkestrin
daimi repertuarına salınmışdır. Keçmiş SSRİ Bəstəkarlar İttifaqının
üzvü olan Kamal Əhmədli hal-hazırda Azərbaycan Bəstəkarlar İttifaqı Naxçıvan
MR Təşkilatının məsul katibi olmaqla yanaşı, Naxçıvan Dövlət Universitetində
pedoqoji fəaliyyətini də davam etdirir.Musiqi ictimaiyyəti yaradıcılığının
kamil dövrünü yaşayan bəstəkar Kamal Əhmədlidən çoxlu yeni və maraqlı əsərlər
gözləyir. |
Welcome!
|